Azad Rəhimov: Tək Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də toy keçirmək olar | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov: Tək Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də toy keçirmək olar

12:49 - 08 / 02 / 2016
Azad Rəhimov: Tək Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də toy keçirmək olar

Gənclər və idman naziri Azad Rəhimov son vaxtlar ictimaiyyət arasında geniş müzakirə olunan Bakı Olimpiya Stadionunda ictimai tədbirlərin, eləcə də toyların keçirilməsi ilə bağlı xəbərə münasibət bildirib.

1news.az-ın məlumatına görə, nazir bunun normal bir hal olduğunu deyib.

“Bu normal bir təşəbbüsdür. Tək Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də ad günlərinin, digər mərasimlərin təşkili üçün gözəl şərait var.

Dünya təcrübəsində bu cür hallar var. Şəxsən mən İspaniyanın Madrid şəhərində olarkən “Santyaqo Bernabeu” stadionunda belə bir tədbirin keçirilməsinin şahidi olmuşam. Bu, pul qazanmağın bir yoludur”- deyə, A.Rəhimov qeyd edib.

1news.az

Paylaş:
922

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər