AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
İdman

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

16:28 - 09 / 02 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

5 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jaro Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 86 №-li futbolçusu Hamid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur(maddə 37.1).

6 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

6 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XX turunun “Sumqayıt” – “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

7 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XX turunun “Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

5 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

5 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

6 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

1 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Neftçi” – “Turan” matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Cəfər Şahməmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

1 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Rəvan” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Asif Hacıyev və  “Rəvan” klubunun 10 №-li futbolçusu Sənan İbrahimov bir-birini təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki  futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

8 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Turan” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

4 fevral 2016-cı il U-16 Liqasında “İnter” – AZAL matçının 75-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Ənvər Cavadov və “İnter” klubunun 9 №-li futbolçusu Ramil Camalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır(maddə 37.1).

4 fevral 2016-cı il U-16 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 58-ci dəqiqəsində “Zirə” klubunun 5 №-li futbolçusu Bek Nəsrullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

5 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Nəbi” – “Baku Fire” matçının 30-cu dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Bayram Rüstəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.3).

5 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyini “Sədərək” – FHN matçının 7-ci dəqiqəsində “Sədərək” klubunun 99 №-li futbolçusu Əli Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 7 №-li futbolçusu Elxan Abbasov aqressiv hərəkət, hakimə qarşı fiziki təsir və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 1 il müddətinə futbol oyunlarından kənarlaşdırılır (maddə 38.7). Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 85 №-li futbolçusu Şahin Alırzayev aqressiv hərəkət, hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır (maddə 38.5). “Sədərək” klubu oyunu davam etdirməkdən imtina etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

6 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin BEGOC – “Yeni Günəşli” matçının 24-cü dəqiqəsində BEGOC klubunun 14 №-li futbolçusu Nemət Qafarlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

7 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Montin” – “Laçın” FK matçının 46-cı dəqiqəsində “Laçın” klubunun futbolçusu Nəriman Mehtiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

31 dekabr 2015-cı il Azərbaycan Həvəskarlar liqaının “Redstar” – “MEGA”  matçının 53-cü dəqiqəsində “Redstar” klubunun futbolçusu Nurlan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

1news.az

Paylaş:
619

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər