Qızlardan ibarət millimiz ikinci qələbəsini qazandı | 1news.az | Xəbərlər
Futbol

Qızlardan ibarət millimiz ikinci qələbəsini qazandı

23:31 - 09 / 02 / 2016
Qızlardan ibarət millimiz ikinci qələbəsini qazandı

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib.

1news.az-ın məlumatına görə, Lixtenşteyn yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Rövşanə Sərdarlı və Lamiyə Qurbanova vurub.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Avstriya komandasına 0:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Malta yığmasını məğlub etmişdi – 1:0.

1news.az

 

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər