İlham Əliyev İran prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İran prezidentini təbrik edib

18:39 - 10 / 02 / 2016
İlham Əliyev İran prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə uyğun olaraq qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, ikitərəfli, regional və beynəlxalq çərçivədə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm”.

President.az

Paylaş:
1222

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər