Londonda müasir incəsənət əsərlərinin satış həftəsi başlayır
Gerhard Rixter, Frensis Bekon və Lüsyen Freydin rəsmləri müharibədən sonrakı və müasir incəsənət əsərlərinin Böyük Britaniyanın paytaxtında keçirilən hərracında satışa çıxarılıb.
Hərracın top-lotu Gerhard Rixterin 1990-cı ilin monumental abstraksiyasıdır. Bu əsər 14-20 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Rixter dünyanın hazırda yaşayan ən bahalı rəssamıdır. Son 4 ildə onun əsərlərinin qiymət rekordu 3 dəfə yenilənib. Əsasən də Rixterin əsəri “Sotheby’s” satış evinin 2015-ci ildə keçirdiyi hərracda 30,4 milyon funt sterlinqə satılıb.
Bundan başqa, hərracın vacib lotlarından biri də Lüsyen Freydin 7-10 milyon funt sterlinq dəyərində qiymətləndirilən “Hamilə qız” rəsmidir. 1960-1961-ci illərə aid əsərdə rəssamın sevgilisi təsvir olunub.
Həmçinin Alberto Burrinin 9-12 milyon funt sterlinq dəyərində qiymətləndirilən “Sacco e Rosso” abstrakt kompozisiyası, Jan-Mişel Baskiyanın “Despues De Un Puno” əsəri (6-8 milyon funt sterlinq), Endi Uorholun “Böyük Campbell’s bankası” əsəri (4,5-6,5 milyon funt sterlinq) də hərracda satışa çıxarılıb.
РИА Новости