NATO Qara dəniz və Aralıq dənizində hərbi mövcudluğunu genişləndirəcək
“NATO Qara dəniz və Aralıq dənizində hərbi mövcudluğunu genişləndirəcək”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz NATO-ya üzv ölkələrin müdafiə nazirləri ilə Alyansın Qara dəniz və Aralıq dənizinin şərq hissəsində hərbi-dəniz mövcudluğunun genişləndirilməsinə dair razılığa gəldik”, - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, bu günədək Alyans Şərqi Avropada 6 qərargah yaradıb. İlin sonunadək daha 2 qərargahın yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şərqi Avropada Alyansın mövqeyinin möhkəmləndirilməsini təsdiqləyiblər.
РИА Новости
783