Pambıq istehsalında Azərbaycan Çinlə əməkdaşlığa maraqlıdır
Çin pambıq istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq edəcək.
1news.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazır.
Bildirilir ki, Çin tərəfi Azərbaycanda müasir texnoloji avadanlıqlara əsaslanan istehsalat sahəsi yaratmaq niyyətindədir: "Azərbaycan hökuməti pambıqçılığın inkişafına təkan vermək niyyətindədir. Vaxtilə Azərbaycan SSRİ-nin aparıcı pambıq istehsalçısı olub. Lakin son illər ərzində Azərbaycanda pambıq istehsalı dəfələrlə azalıb. 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq yığılıb ki, bu 2014-cü illə müqayisədə 14,5% azdır. Çin isə dünyanın ən iri pambıq istehsalçısıdır. Çinin 24 əyalətində 300 milyon insan pambıq istehsalı ilə məşğuldur. Bu baxımdan Azərbaycan Çinlə əməkdaşlıqda maraqlıdır".
1news.az
969