Pakistanda terrorçu qruplaşmaların 3 rəhbəri və 97 terrorçu həbs edilib | 1news.az | Xəbərlər
Dünya

Pakistanda terrorçu qruplaşmaların 3 rəhbəri və 97 terrorçu həbs edilib

23:35 - 12 / 02 / 2016
Pakistanda terrorçu qruplaşmaların 3 rəhbəri və 97 terrorçu həbs edilib

Pakistan hərbçiləri Kəraçi şəhərində “Əl-Qaidə” və “Laşkar-e-Cxanqvi” terrorçu qruplaşmalarının 3 rəhbərini və 97 terrorçunu həbs ediblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, onların arasında “Əl-Qaidə”nin başçısının müavini Sabir Xan da var.

Bu barədə İslamabadda keçirilən mətbuat konfransında general-leytenant Asim Bayva məlumat verib. O bildirib ki, həbs edilən terrorçular 2001-ci il sentyabrın 11-də Nyu-York şəhərində, həmçinin Pakistanda bir sıra terror aktları təşkil etməkdə ittiham olunurlar.

1news.az

 

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər