Yaponiyada mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılır | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılır

20:46 - 14 / 02 / 2016
Yaponiyada mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılır

Yaponiyanın paytaxtı Tokioda və Kariya şəhərində tezliklə bütün sutkanı işləyən mağazaların yanında hidrogen yanacaqdoldurma məntəqələri açılacaq.

Belə obyektlərin inşasını tanınmış “Seven-Eleven Japan” ticarət şəbəkəsi “Iwatani” sənaye qaz şirkəti ilə birlikdə həyata keçirib. İlk iki belə məntəqənin fevralın 14-də istifadəyə veriləcəyi bildirilir.

Yanacaq elementləri ilə çalışan avtomobillər elektrik enerjisini hidrogen və oksigenin reaksiyaya girməsi nəticəsində əldə edir ki, bu zaman da ətrafa parnik qazı atılmır.

Yaxın 3 ildə mağazalar yanında fəaliyyət göstərəcək 20 belə məntəqənin istifadəyə verilməsi planlaşdırılır.

1news.az

Paylaş:
1167

Son xəbərlər

Bütün xəbərlər