Əhməd Davudoğlu Ukraynaya rəsmi səfər edib
Türkiyənin baş naziri Əhməd Davudoğlu Ukraynaya səfəri baş tutub.
1news.az Türkiyə KİV-ə istinadən məlumat verir ki, səfər Ukraynanın baş naziri Arseni Yatsenyukun dəvəti ilə həyata keçirilir.
Ə. Davudoğlu Kiyevdə həmkarı A. Yatsenyuk, prezident Pyotr Porpşenko, Ali Radanın sədri Vladimir Qroysman və digər rəsmi şəxslərlə görüşəcək. Onun Krım tatarlarının lideri, Ukrayna prezidentinin müşaviri Mustafa Cəmiloğlu və Krım tatar icmasının nümayəndələri ilə görüşləri də planlaşdırılıb.
Türkiyə baş naziri Ə.Davudoğlu ilə Ukraynaya gələn nümayəndə heyətinə baş nazirin müavini Yalçın Akdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Mustafa Əlitaş, milli müdafiə naziri İsmət Yılmaz və başqaları daxildir.
1news.az