Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb

17:25 - 15 / 02 / 2016
Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb

Dağıstanın Dərbənd rayonunda baş verən terror aktı ilə əlaqədar Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalı məlumat yayıb.

Hadisənin baş verdiyi Dövlət Yol Polisi İdarəsinin ətrafı mühasirəyə alınıb. Həmin yolda avtomobillərin hərəkətinə hələlik icazə verilmir.

Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənddəki Dövlət Yol Polisi postu yaxınlığında terror aktı törədilib. İlkin məlumatlara görə, hadisə YPX əməkdaşı şübhəli avtomobili yoxlayarkən baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər