Əhməd Davudoğlu Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib | 1news.az | Xəbərlər
Dünya

Əhməd Davudoğlu Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib

09:44 - 15 / 02 / 2016
Əhməd Davudoğlu Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib.

1news.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Davudoğlu Suriyada davam edən proseslərin yüz minlərcə mülki suriyalının növbəti köç dalğasını yaradacağını, bunun isə sadəcə Türkiyəni deyil, Avropa İttifaqının da təhdid etdiyini bildirib.

Məlumata görə, Ə.Davudoğlu Merkelə PYD-nin hücumlarına imkan verilməyəcəyini, silahlı qüvvələrin PYD/YPG-yə qarşı lazımi tədirlər aldığını və buna davam edəcəyini də deyib.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər