Moskvada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzinin yerində istirahət parkı salınacaq | 1news.az | Xəbərlər
Dünya

Moskvada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzinin yerində istirahət parkı salınacaq

1news Redaksiyası10:47 - 16 / 02 / 2016
Moskvada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzinin yerində istirahət parkı salınacaq

Bu barədə Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.

1news.az-ın “moscow-baku.ru” saytına istinadən verdiyi xəbərə görə, fevralın 24-də söküləcək 1500 kv.m ərazisi olan ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün istirahət parkı salınacaq.

Ticarət mərkəzində yerləşən kosmetika dükanları artıq bağlıdır. Mərkəzdəki mağaza sahibləri ərazini boşaltmağa başlayıblar.

Qeyd edək ki, “Piramida” ticarət mərkəzi 90-cı illərin ən irimiqyaslı paytaxt tikililərindən sayılır.

1news.az

Paylaş:
943

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər