Suriyada məktəb və xəstəxanalara endirilən hava zərbələri nəticəsində 50 nəfər ölüb
Suriyada iki məktəb və beş xəstəxanaya endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub.
Bu haqda BMT baş katibinin nümayəndəsi Fərhan Haq bəyan edib.
Ölənlər arasında uşaqların da olduğu qeyd olunur.
“Pan Gi Mun Suriyada tibb müəssisələri və məktəblərin atəşə tutulmasını beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib”, - deyə F.Haq bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi, öz növbəsində, hücumların Bəşər Əsəd rejimi və onun tərəfdaşları tərəfindən həyata keçirildiyini bildirib, bu hərəkətlərin Münhen razılaşmalarına zidd olduğunu vurğulayıb.
Gazeta.ru
614