“Baku Fires” “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
İdman

“Baku Fires” “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq

15:25 - 17 / 02 / 2016
“Baku Fires” “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu 3-cü görüşünə çıxacaq.

1news.az-ın məlumatına görə, komandamız fevralın 19-da saat 19:00-da Boks Mərkəzində  “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Puerto Riko klubu qrupda sonuncu yeri tutur. “Baku Fires” isə D qrupunda 2-ci pillədədir.  Puerto Riko komandasının ötən tur “Astana Arlans”la görüşü təxirə salınıb.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Puerto Rico Hurricanes

 49 kq. Rəsul Saliyev– Antoni Ortiz

56  kq. Yaraş Məhəmmədov– Edqardo Rolon

64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera

75 kq. Nikolay Veselov– Kristian Mbilli

91 kq. Abdulqadir Abdullayev– Roman Fress

Bu dəfə komandamızın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq.

Qeyd edək ki, boksçumuz milli komandamızın düşərgəsində təlim-məşq toplanışında iştirak edirdi. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında 6-cı yeri tuttub.

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB lliqasında debüt edəcək. Bu görüşdə həmyerlimizi favorit saymaq olar.

Veselovla üz-üzə gələcək Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə Veselovun ilk döyüşü olacaq.

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda “Astana Arlans”ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər.

Turnir cədvəli:

1. Uzbek Tigers – 4 xal (2 görüş, qələbə sayı 7-3)

2. Baku Fires – 3 xal  (2, 4-6)

3. Astana Arlans– 3 xal (1, 4-1)

4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).

1news.az

Paylaş:
1323

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər