ABŞ vətəndaşı heyvanlarla qəddar rəftara görə 50 il həbs cəzası aldı
ABŞ-ın Hyuston şəhərinin sakini heyvanların iştirakı ilə “kraş-video” çəkdiyinə görə 50 il həbs cəzasına məhkum edilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 54 yaşlı Brent Castis heyvanlarla qəddar rəftarına görə mühakimə olunub. Onun tərəf müqabili Eşli Riçards isə 2014-cü ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Müstəntiqlərin məlumatına əsasən, operator yarıçılpaq Riçardsı ev heyvanlarını ələ salan zaman çəkirmiş. Çəkilişlər Hyustonda 2010-cu ildən 2012-ci ilədək aparılıb.
1news.az
579