Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

21:46 - 17 / 02 / 2016
Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, Bank tərəfindən Sumqayıt Kimya Sənaye Parkı üçün texniki dəstək göstərilib və hazırda “Abşeron göllərinin bərpası” layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır.

Ş.Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirilib ki, hazırkı iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirləri daha da gücləndirilib, sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuraları yaradılıb.

Nazir Ş.Mustafayev yeni iqtisadi şəraitdə Dünya Bankı ilə daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım M.Tembon Azərbaycanın iqtisadi sahədə gördüyü işləri yüksək qiymətləndirib, Bankın bu addımları dəstəklədiyini bildirib.

Xanım M.Tembon vurğulayıb ki, əgər bu tədbirlər vaxtında görülməsəydi, Azərbaycan problemlərlə üzləşə bilərdi. Bu qabaqlayıcı tədbirlər neqativ xarici iqtisadi təsirləri əsasən neytrallaşdırmağa imkan yaradıb. Hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Xanım Tembon Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətə, proqramlara, eləcə də özəl sektora Dünya Bankının dəstək göstərməyə hazır olduğunu  qeyd edib.

1news.az

 

Paylaş:
722

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər