“Lokomotiv” İstanbuldan əliboş qayıdıb
Bu gün UEFA Avropa Liqasındakı fasilədən sonra turnirin 1/16 final mərhələsinin ilk matçı İstanbulda oynanılıb.
1news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Fənərbağça” komandası Şükrü Saracoğlu stadionunda Moskva təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. İsveçli hakimlər briqadasının idarə etdiyi qarşılaşma qardaş ölkənin klubunun “Lokomotiv” üzərində inamlı qələbəsi ilə başa çatıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ keçirən “sarı lacivertli”lər 90 dəqiqə ərzində topa hakim olmağı bacarıb. “Fənərbağça”nın heyətində Josef de Souza oyunda dubla imza atıb. Souza 18-ci dəqiqədə Rusiya klubunun qapısını silkələyib -1:0.
İstanbul klubu ikinci hissədə də əzmkar oyun göstərib. Yenə Souza 72-ci dəqiqədə özünün və komandasının ikinci qolunu rəqib qapısından keçirib -2:0. Bu inamlı qələbə ilə “Fənərbağça” fevralın 25-də komandalar arasında keçiriləcək revanş oyunu üçün təşəbbüs əldə etmiş olub.
1news.az