Merkel və Ştaymayer Ankarada baş verən teror aktını pislədi
Almaniya kansleri A. Merkel Ankarada baş verən torror aktını pisləyib və AFR-in terrorizmlə mübarizədə Türkiyəyə dəstəyini ifadə edib.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, son məlumatlara görə Ankaradakl terror aktı nəticəsində 28 nəfər ölən 61 nəfər yaralanan var.
“Hakimiyyət ciddi şəkildə yeni baş verən bu terror aktını tənqid edir.
Həlak olanların yaxınlarına başsağlığı verir, yaralıların tezliklər sağalmasını arzulayıram. Türk xalqına deyirəm: bniz almanlar sizin hüznünüzü paylaşırıq.İnsanlıqdan kənar belə fəaliyyəti həyata keçirənlərə qarşı mübarizədə biz Türkiyə ilə birlikdəyik”,- kanslerin teleqramında deyilir. Bu haqda RİA Novostidə məlumat verilib.
Almaniya XİN rəhbəri Frank Valter Ştaynmayerin sözlərinə görə hadisənin təfərrüatı hələ ki məlum deyil.
“Lakin KİV-in məlumatları təsdiqlənərsə bu Türkiyədə yeni zorakılıq aktıdır. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralılara tezliklə sağalmalarını diləyirəm”, - alman nazirin bəyanatında bildirilir.
1news.az