Türkiyə-Aİ görüşünün vaxtı müəyyən olundu
Avropa İttifaqı və Türkiyə dövlət və hökumət başçılarının miqrasiya böhranı məsələləri ilə bağlı xüsusi görüşü keçiriləcək.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.
“Aİ-Türkiyə birgə tədbirlər planı prioritet olaraq qalmaqdadır və biz irəliləyişə nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu səbəbdən biz martın əvvəlində Türkiyə ilə xüsusi görüş keçirmək niyyətindəyik”, - deyə Tusk Brüsseldə Aİ sammiti çərçivəsində jurnalistlərə bildirib.
1news.az
589