Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürən TAK qruplaşması oldu
Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
1news.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, onlar bunun Türkiyə hökumətinin cənub-şərqdə apardığı siyasətə qarşı cavab olduğunu bildirərək rəsmi Ankaranı yeni hücumlarla hədələyiblər.
Bildirilir ki, “Kürdüstan Azadlıq Şahinləri” qruplaşması ABŞ-ın terror təşkilatları siyahısında yer alır. TAK Türkiyədə böyük şəhərlər və turistik bölgələrdə təşkil etdiyi terror aktları ilə tanınıb.
Qeyd edək ki, fevralın 17-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.
1news.az
725