Pan Gi Mun Suriya böhranının siyasi həlli ilə bağlı Təhlükəsizlik Şurasına hesabat təqdim edib
"Suriyadakı vəziyyətə və ölkədə törədilən cinayətlərə Beynəlxalq Cinayət Məhkəməsində baxılmalıdır".
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri BMT baş katibi Pan Gi Mun deyib.
Ümumdünya təşkilatının rəhbəri Suriya böhranının siyasi həlli ilə bağlı 2254 saylı qətnamənin icrası üzrə ilk hesabatı BMT Təhlükəsizlik Şurasına təqdim edib.
"Mən yenə Təhlükəsizlik Şurasını Suriyada böhranını Beynəlxalq Cinayət Məhkəməsinə verməyə çağırıram. Günahkarlar hələ də törədilməkdə davam edən dəhşətli cinayətlərə görə cavab verməlidir", - sənəddə deyilir.
1news.az
574