İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib- FOTO | 1news.az | Xəbərlər
İdman

İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib- FOTO

21:55 - 19 / 02 / 2016
İdman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib- FOTO

Fevralın 19-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə yarışlarda iştirak edən ölkələrin bayrağı arenanın mərkəzinə gətirilib. Sonra iştirakçı ölkələr təqdim olunub.

Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıları Bakıda salamlamaqdan məmnun olduğunu diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunları nəzərə alaraq belə tədbirləri ölkəmizə tərəddüdsüz həvalə edirlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın bu növünün daha da inkişaf etdiyini vurğulayan İsmayıl İsmayılov deyib: “Ölkəmiz gimnastikanın növləri üzrə mötəbər beynəlxalq yarışlara müvəffəqiyyətlə ev sahibliyi edib. Bugünkü yarış da öz möhtəşəmliyi ilə seçilir. Dünyanın 19 ölkəsindən ən güclü atletlər Milli Gimnastika Arenasında birincilik uğrunda mübarizə aparırlar”.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti, Olimpiya çempionu Nelli Kim yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Nelli Kim deyib: “Azərbaycan Gimnastika Federasiyasının ölkədə idmanın bu növünü inkişaf etdirmək istiqamətində gördüyü işlər bu gün artıq öz bəhrəsini verməkdədir. Bakı ilk dəfədir ki, mühüm yarışların təşkili üçün bütün lazımi şəraiti olan arenada idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir. Bu möhtəşəm yarış Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları ərəfəsində idman gimnastlarına öz proqramlarını təkmilləşdirməyə imkan verəcək”.

Qonaq yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb, Azərbaycanda gimnastikanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İştirakçıları salamlayan Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov qonaqlara turnirə ev sahibliyi edən Milli Gimnastika Arenası barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu arenada bədii gimnastika üzrə Avropa çempionatı, həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçirilib. Ölkədə güclü gimnastların yetişdirilməsi üçün hər bir şərait yaradılıb. Artıq Azərbaycan millisinin heyətində idman gimnastikasında dünya çempionatının mükafatçıları yer alır. İdmançımız Oleq Stepko paralel qollarda mundialın bürünc medalına sahib olub. Bütün bu uğurların əldə olunmasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var.

Beynəlxalq Gimnastika Federasiyası ilə bundan sonra da sıx əməkdaşlıq edəcəklərini bildirən Altay Həsənov Milli Gimnastika Arenasında yarışan idmançıların bir qisminin “Rio-2016”da da mübarizə aparacağını diqqətə çatdırıb.

Dünya kuboku yarışları açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.Sonra gənc gimnastların iştirakı ilə “Azərbaycan gimnastikasının gələcəyi” adlı kompozisiya təqdim olunub.

Xatırladaq ki, üç gün davam edəcək yarışda 19 ölkədən 46 kişi və 22 qadın gimnast birincilik uğrunda mübarizə aparır

Paylaş:
1188

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər