Pakistanda terrorçuların hücumu nəticəsində üç polis əməkdaşı həlak olub
Pakistan mətbuatının verdiyi xəbərə görə, Feysəlabad şəhərində terrorçuların hücumu nəticəsində üç polis əməkdaşı həlak olub.
Terrorçular hadisə yerində radikal xarakterli vərəqələr də yayıblar. Məlumata görə, vərəqələrdə bildirilir ki, Pakistandakı son hücumlara görə məsuliyyəti guya “İslam dövləti” terrorçu qruplaşması öz üzərinə götürür.
Yerli polis idarəsinin nümayəndəsi jurnalistlərə bildirib ki, bu haqda hələlik dəqiq məlumat olmasa da, son hücumlarda “İslam Dövləti” qruplaşmasının əli olduğunu istisna etməmək düzgün deyil. O qeyd edib ki, son bir həftə ərzində ölkənin paytaxtı İslamabadda, həmçinin Laxor şəhərində hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumlar olub.
598