Rusiyanın müdafiə naziri İranda səfərdədir
Fevralın 21-də Rusiyanın müdafiə naziri Serqey Şoyqu İrana rəsmi səfərə gəlib.
Bu barədə məlumat verən İran mətbuatı qeyd edir ki, S. Şoyqu səfəri çərçivəsində İranın müdafiə naziri Hüseyn Dehqan və Prezident Həsən Ruhani ilə görüşəcək. Görüşlərdə hərbi-siyasi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bildirilir ki, regionda yaşanan hərbi-siyasi gərginliyin azaldılması istiqamətində İran Rusiya ilə birlikdə addım atmaq niyyətindədir. İranın Suriya probleminə dair mövqeyi hələ ki Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
1033