İran ilə Azərbaycan Xəzər dənizində neft-qaz sahəsində əməkdaşlığa başlaya bilərlər
İranın neft naziri Bican Zəngani qeyd edib ki, bu gün – fevralın 23-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə Xəzər dənizində neft-qaz sahəsində əməkdaşlıqla bağlı yeni plan təqdim edib.
1news.az-ın Mehr informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin Tehrana bugünkü səfəri çərçivəsində İran tərəfi Azərbaycana Xəzər dənizində neft və qaz yataqlarının istismarı və hasilatı ilə bağlı təkliflər irəli sürəcək.
B.Zənganibildirib ki, ölkəsi Azərbaycanla xam neft və təbii qazla mübadilə etməyə hazırdır. Eyni zamanda o, qeyd edib ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində bu sahədə danışıqlar ən yüksək siyasi mərhələdə həyata keçiriləcək.
“Təkliflər iki ölkə prezidentlərinin görüşü zamanı səsləndiriləcək”, - o, bildirib.
Zəngani həmçinin qeyd edib ki, Xəzər dənizində neft hasilatının xərcləri istər İran, istərsə də digər Xəzəryanı ölkələr üçün yüksəkdir.
“Xəzəryanı ölkələrə əməkdaşıq bu xərclərin azalmasına gətirib çıxaracaq”, - Zəngani sözlərinə əlavə edib.
Qeyd edək ki, yaxın günlərdə İranın neft nazirinin müavini və eləcə də, İran Milli Qaz şirkətinin (NIOC) icracı direktoru Həmid Rza Araqi Rusiya ilə Azərbaycan arasında gündəlik təbii qaz tədarükünün həcmini 50-dən 60 milyon kubmetrə qədər nəql edilməsini bəyan etmişdi.
Bununla yanaşı, NIOC bir sıra Qazaxıstan və Rusiya şirkətləri ilə Xəzər dənizində neft mübadiləsi ilə bağlı danışıqlar da aparıb.
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və bu sahədə işlərin zəifləməsinə baxmayaraq, İran Xəzər dənizində neft yataqlarınınkəşfi ilə bağlı yeni mərhələyə keçmək niyyətindədir.
Eyni zamanda, “Khazar Oil Company”-nin nümayəndəsi Fərhad Katibi İran neft sənayesinin yaxın günlərdə nəql edilməsi və “Amirkabir” platformasının yeni mövqedə möhkəmləsi ilə bağlı hazır olduqlarını bildirib.
Həmçinin NIOC Xəzər dənizində neft-qaz yataqlarının kəşfini inkişaf etdirməyə çalışır ki, bununla da o dünyanın aparıcı neft şirkətlərinə sərmayələrlə bağlı bir sıra təkliflər irəli sürüb.
1news.az