Quantanamo həbsxanasının bağlanmasına dair plan ABŞ Konqresinə təqdim edilib
Pentaqon ABŞ Konqresinə Quantanamo həbsxanasının bağlanmasına dair planı təqdim edib, bu haqda Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.
Planda məhbusların bir hissəsinin üçüncü ölkələrə, qalan hissəsinin isə ABŞ ərazisinə köçürülməsi nəzərdə tutulub.
Pentaqon hesab edir ki, plan ildə 65-85 mln. dollar vəsaitə qənaət etməyə imkan yaradacaq.
Qeyd edək ki, ABŞ Konqresi Quantanamo həbsxanasında saxlanılan məhbusların ABŞ ərazisinə köçürülməsinə qadağa qoyub.
РИА Новости
640