Suriya müxalifət nümayəndəsi: “Hakimiyyət atəşkəs haqqında düşünmür”
Vətəndaş müharibəsi tüğyan edən ölkədə ümummilli seçkilərin keçirilməsi qeyri-mümkündür.
1news.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin nümayəndəsi Həsən Ağa bəyan edib.
“Bəşər Əsəd tərəfindən atılan addım bir daha sübut edir ki, hakimiyyət atəşkəs haqqında düşünmür”, deyə H.Ağa bildirib.
Noyabrın 14-də Vyanada, “Suriyaya dəstək” qrupunun iclasında təsdiq edilmiş “yol xəritəsinə” uyğun olaraq, münaqişə tərəfləri koalision hökumət quraraq yeni Konstitusiya üzərində işə başlamalıdırlar. Prezident və parlament seçkiləri isə yeni Konstitusiyasının əsasında keçirilməlidir. Keçid müddətinin 18 ay çəkəcəyi planlaşdırılırdı.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin qərarı ilə yeni parlament seçkiləri aprelin 13-ə təyin olunub.
1news.az