Elmira Axundova: “Əfv Məsələləri üzrə Komissiya dövlət başçısının yüksək tələblərinə uyğun işləyəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmira Axundova: “Əfv Məsələləri üzrə Komissiya dövlət başçısının yüksək tələblərinə uyğun işləyəcək”

15:08 - 24 / 02 / 2016
Elmira Axundova: “Əfv Məsələləri üzrə Komissiya dövlət başçısının yüksək tələblərinə uyğun işləyəcək”

19 fevral tarixində Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Əfv Məsələləri üzrə Komissiyanın tərkibini təsdiq edib.

Yeni komissiyanın tərkibinə yüksək çinli deputatlarla yanaşı ictimaiyyət nümayəndələri də daxildir.

Arayış: Əfv – Ali hakimiyyət ( adətən dövlət başçısı) tərəfindən məhkumun ya tam olaraq, ya da qismən  azadlığa buraxılması, yaxud məhkəmə tərəfindən müəyyən olunmuş cəzanın  yumşaldılması ilə bağlı aktdır.

Əfv aktı ilə daha əvvəl həbsdə olan şəxsin üzərindən həbz cəzası qaldırıla bilər. Əfv aktı hər zaman fərdi xarakter daşıyır, O, ya konkret bir şəxs, yaxud bir qrup şəxslə bağlı həyata keçirilir.

Oxucuları Əfv Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə tanış etmək üçün 1news.az informasiya agentliyi komissiya üzvü, millət vəkili Elmira Axundovaya müraciət edib.

- Elmira xanım, siz bir neçə dəfə saytımızdakı şərhlərinizdə bu mövzuya toxunmusunuz. Lakin yenə də soruşmaq istərdik, Prezident Yanında Əfv Məsələləri Komissiyasının öz işində hansı əsas prinsiplərə asaslanır?

- Fəaliyyətinin ilk günündən etibarən komissiya obyektivlik, ədalət, şəffaflıq, düzgünlük, ən əsası isə anonimlik – cünki, biz həbsdə olan insanları qətiyyən tanımırıq - prinsipinə əsaslanırıq. Mən 1995-ci ildən yaradılan bu komissiyanın 20 ildən artıq müddətdir ki, üzvüyəm. İlk komissiyanın tərkibinə daxil idim, indi isə artıq üçüncüdür.

Əfv Komissiyasına əsasən məhkumların qohumları müraciət edir. Əfv üçün o halda müraciət etmək olar ki, məhkum cəza müddətinin bir hissəsini çəkib və cəzaçəkmə müəssisəsindən müsbət xasiyyətnaməyə malikdir. Yəni, həbsdə olan şəxs özünü normal aparmalı, həbsxana intizamını pozmamalıdır. Əgər bütün parametrlər uyğundur, lakin bu insan bir neçə dəfə cərimə izolyatorunda olubsa, biz onu azad edib etməmək haqqında düşünə bilərik.

- Məhbusun azad edilməsinə hansı yüngülləşdirici hallar təsir edir?

- Bir sıra yüngülləşdirici hallar var ki, onlar bu və ya digər məhbusun vaxından əvvəl azad olunmasına təsir edir.

Bu ilk növbədə onun ailə vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqlarının olmasıdır. Ən əsası isə əgər şəxs məişət cinayətlərinə görə cəzaçəkmə müəssisəsinə düşübsə əvf oluna bilər.     

Qeyd etmək lazımdır ki, komissiyaya təqdim olunan işlərə əksəriyyəti alkoqol və ya narkotik təsiri altında törədilən məişət cinayətləri aiddir.

Bizim üçün vacib olan məsələ odur ki, zərərçəkən ona fiziki və mənəvi zorakılıq tətbiq etmiş şəxsin azadlığa buraxılmasına etiraz etməsin. Bu məsələ ilə bağlı zərərçəkənin fikrini hər zaman nəzərə alırıq. Digər tərəfdən isə cəzalı şəxs hər hansı dələduzluq edib və dəyən zərəri qarşılayıbsa bu da yüngülləşdirici hal ola bilər.

- Əfv Məsələləri Komissiyasının yeniləşmiş tərkibindən nə gözləmək olar?

-Komissiya yenə də əvvəlki kimi fəaliyyət göstərəcək. Qeyd etmək istəyirəm ki, əvvəlki tərkib kifayət qədər nüfuzlu və prinsipial idi. Biz də eyni prinsiplər üzrə, dövlət başçısı tərəfindən irəli sürülən yüksək tələblərə uyğun olaraq işləyirik.

- O zaman nə üçün əfv komissiyasının tərkibi dəyişildi?

- Məsələ ondadır ki, komissiyanın əvvəlki tərkibində azalma oldu. Bəzi üzvlər dünyasını dəyişdi, bəziləri isə başqa sahəyə keçdi. Komissiya üzvü olan YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov, xalq şairi Zəlimxan Yaqub vəfat edub.  

Komissiyada keçmiş  MTN sədri Eldar Mahmudovu Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev əvəz edib. Yəni komisiyanın tərkibi azaldığı zaman onun yenilənməsi ehtiyacı yaranıb. Boşalan yerlərə yeni üzvlər təyin olunub.

- Bəzi müxalifət KİV-də belə fikirlərə rast gəlmək olur ki, Azərbaycanda  “siyasi məhbuslar” var və əfv komissiyası onları diqqətdən kənarda qoyur.

- Azərbaycanda siyasi məhbuslar yoxdur və biz bu haqda dəfələrlə demişik. Hüquq müdafiəçiləri tərəfindən bizə təqdim olunan siyahıları mütəmadi olaraq izləyirik. Avropa təşkilatlarının rəyinə hörmətlə yanaşırıq. Zamanında əfv olunan şəxslər bu və ya digər siyasi hadisələrdə iştirak edib.

Sadəcə cinayət işləyən insanlar var. Bununla yanaşı onlar hər-hansı siyasi hadisələrdə də iştirak edib, (məsələn, ictimai asayişin pozulmasında), hansısa siyasi partiyanın üzvüdürlər. Lakin bu heç kimə azad edilmək hüququnu vermir, onlar da hər kəs kimi Azərbaycan Respublikasının vətəndaşıdırlar.

Qeyd etmək lazımdır ki, məhkumun peşman olması da böyük əhəmiyyət daşıyır. Bəzən deyirlər ki, siz niyə bu və ya digər cinayətə görə tutulan və siyasi hadisələrdə iştirak edən şəxsləri azad etmirsiniz. Mən onlara deyirəm ki, əgər həmin insanlar əfv  üçün müraciət etmirlərsə biz onları necə əfv bilərik?

Əfv aktı ilk növbədə şəxsin könüllü peşmanlığını və bununla əlaqədar Prezidentə əfvlə bağlı müraciətini nəzərdə tutur. Əgər belə müraciət ərizəsi yoxdursa bu məsələ necə nəzərdən keçirilə bilər? Şəxsin özü, yaxud onun yaxınları belə bir ərizə ilə müraciət edə bilər. Əgər məhbus müraciıt etmir və deyir ki, o günahsızdır, bu artıq yenidən baxılması üçün məhkəmə orqanına yönələcək işdir, Əfv Komissiyası ilə bağlı məsələ deyil.

Əfv aktı təsdiq edir ki, şəxs cinayət etdiyini anlayıb və etdiyi əmələ görə peşmandır.

- Komissiyanın fəaliyyəti nəticəsində nə qədər insan azad olunub?

- Əfv humanist aktdır. Onun  tətbiqi ilə 10 minlərlə insan azadlığa çıxıb. Azad olunanların çox az bir qismi yenidən cinayət törədir, onların sayı 1 faiz təşkil edir. Bu  bir daha sübut edir ki, komissiyanın işi yüksək səviyyədə aparılıb və biz əfv siyahısına düşən insanların seçilməsinə diqqətlə yanaşırıq.

Bu siyahıya heç vaxt təkrar çinayət işləyən, narkotik alverçisi, həmçinin ağır cinayət törədən şəxslər düşmür. Azad olunanlar yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmürlər.

1news.az

 

Paylaş:
718

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər