İcbari tibbi sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari tibbi sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb

Qafar Ağayev10:51 - Bu gün
İcbari tibbi sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar açıqlanıb

“2025-ci ilin ilk 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub”.

1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də icbari tibbi sığorta hesabına icra olunan əməliyyatlardan danışıb.

Onun sözlərinə görə, Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar əsasən uroloji, təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatları olub.

“Əməliyyatların aparıldığı aparıcı tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası yer alır” – deyə A.Əhmədova əlavə edib.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər