Ötən həftə ərzində azad olunmuş ərazilərdən aşkarlanan minaların sayı açıqlandı
Azad olunan ərazilərdə ötən həftə ərzində (dekabrın ) 66 tank əleyhinə mina, 273 piyada əleyhinə mina, 1511 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1693.4 hektar ərazi minalardan təmizlənib.
40











