Yeniyetmə güləşçilərimiz Yadigar İmam Kuboku uğrunda yarışacaq
3-4 mart tarixlərində İranın paytaxtı Tehran şəhərində yeniyetmələr arasında “Yadigar İmam Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.
1news.az-ın məlumatına görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandalarının üzvləri iştirak edəcək. Turnirdən öncə yığma komandalarımız İranlı həmkarları ilə 10 günlük birgə təlim-məşq toplanışına qatılacaq. Artıq hər iki yığma komandamızın üzvləri Tehrana yola düşüb.
Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında yunan-Roma güləşi yığmasının heyətində Azər Muxtarov (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev, Fazil Mirzəyev (hər ikisi 50 kq), Həsən Məmmədli (54 kq), Ədil Sadıqzadə (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadə (85 kq) və Camal Feyziyev (100 kq) yer alıb.
Sərbəst güləşçilərimiz isə böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında təlim-məşq toplanışı və turnirdə iştirak edəcək.
Heytdə Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov, Hüseyn Hüseynzadə (hər ikisi 63 kq), Nəsib Osmanov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Əli Əminzadə, Asxab Həmzəyev (hər ikisi 100 kq) yer alıb.
1news.az