Millimiz Rusiya yığmasına qalib gəldi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz Rusiya yığmasına qalib gəldi – VİDEO

22:28 - 25 / 02 / 2016
Millimiz Rusiya yığmasına qalib gəldi – VİDEO

Bu gün Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

1news.az-ın məlumatına görə, oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu Metin Gülər vurub.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş oyun Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

1news.az

 

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər