Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb

1news Redaksiyası00:37 - 25 / 02 / 2016
Türkiyə təyyarələri Şimali İraqda PKK-nın mövqelərini bombalayıb

Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus `F-16` təyyarələri Şimali İraqda terrorçu PKK təşkilatının mövqelərinə zərbə endirib.

1news.az-ın "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, terrorçu PKK təşkilatının Kandil dağı və ətrafındaki bölgələrdə sığınacaqlar və silah anbarları bombalanıb.

Əməliyyatda təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər