Bakı Olimpiya Stadionunda velosiped yarışı keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Bakı Olimpiya Stadionunda velosiped yarışı keçiriləcək

19:11 - 26 / 02 / 2016
Bakı Olimpiya Stadionunda velosiped yarışı keçiriləcək

Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda velosiped yarışı keçiriləcək.

1news.az-ın məlumatına görə, yarış Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionu arasında əldə olunmuş razılığa əsasən təşkil olunacaq.

İki gün davam edəcək “Mövsümün açılış yarışı”nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edəcək.

Proqrama əsasən, fevralın 27-də velosipedçilər saat 15:00-dan etibarən fərdi ötüşmədə mübarizə aparacaqlar. Fevralın 28-də isə saat 10:30-da qrup ötüşmələrinə start veriləcək.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər