Kanadanın baş naziri Torontoda keçiriləcək gey-paradda iştirak edəcək
Kanadanın baş naziri Justin Trudeau paytaxt Torontoda keçiriləcək gey-paradda iştirak edəcək.
1news.az-ın CBC-yə istinadla verdiyi xəbərə görə, baş nazirlə yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri və digər hökumət nümayəndələri iştirak edəcək.
Parad iyulun 3-də keçiriləcək. Bu ölkə tarixində bir ilk olacaq. Çünki bundan öncə heç bir hökumət rəhbəri belə bir tədbirdə iştirak etməyib.
"Yenidən gey-paradda iştirak etməyi səbirsizliklə gözləyirəm, əlbəttə bu dəfə baş nazir qismində", - deyə Trudo özünün Twitter səhifəsində qeyd edib.
1news.az
622