Türkiyə Rusiyaya başsağlığı verib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Severnaya kömür mədənində baş verən qəzada həlak olanlarla bağlı başsağlığını bildirib.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Türkiyə XİN-in rəsmi səhifəsində qeyd olunub:
“Rusiya Federasiyasının Komi vilayətinin Severnaya kömür mədənində qəza nəticəsində çoxlu sayda mədənçinin həyatını itirməsi və dağıntılar altında qalanların da yer aldığı xəbərdən kədərlənirik.
Başda həlak olanların ailələri olmaqla bütün rus xalqına başsağlığımızı bildiririk, eləcə də yaralılara tezliklə sağalmaları üçün şəfa diləyirik. Partlayış nəticəsində dağıntılar altında qalan mədənçilərin sağ-salamat qurtarmalarına ümid edirik".
1news.az
742