AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

18:55 - 01 / 03 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

27 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

27 fevral 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).

27 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       

Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

27 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).       

19 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçının 71-ci dəqiqəsində “Kəpəz” klubunun 14 №-li futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

24 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Şəmkir” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).       

Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

24 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XV turunun MOİK – “Bakı” matçının 18-ci dəqiqəsində “Bakı” klubunun 12 №-li futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

24 fevral 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Şərurspor” – “Göyəzən” matçının 75-ci dəqiqəsində “Göyəzən” klubunun 4 №-li futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

22 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Vətən” matçının 17-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 8 №-li futbolçusu Azər Əlizadə və “Vətən” klubunun 77 №-li futbolçusu Marat Əzizov bir-birilərini vurduğlarına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 71-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 14 №-li futbolçusu Raciv Kərimlinin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

22 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Zirə” – “Bakı” matçının 79-cu dəqiqəsində “Zirə” klubunun 14 №-li futbolçusu Sadiq Nağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

25 fevral 2016-cı il U-16 Liqasının “Qəbələ” – “Zirə” matçının 45-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Elşən Veysov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Oyunun 66-cı dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Əbdül Ağaməmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır(maddə 42.3).

27 fevral 2016-ci il U-14 Liqasının “Xəzər Lənkəran” (Lənkəran) – “Dalğa”(Lənkəran) matçında “Dalğa” komandasanın heyətində yetər sayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 56).

28 fevral 2016-cı il U-14 Liqasının UGİM Qala (Şəmkir) – “Turan” İB (Tovuz) matçının 59-cu dəqiqəsində UGİM Qala klubunun 1 №-li futbolçusu Qurban Məhərrəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

27 fevral 2016-cı il Coca-Cola U-13 Liqasının  “Rəvan” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 23-cü dəqiqəsində “Neftçi” İK İB klubunun məşqçisi Azər Cabbarov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

20 fevral 2016-cı il U-11 Liqasının “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

20 fevral 2016-cı il U-11 Liqasının “Zirvə” (Xırdalan) – “Gənclik-95” (Sumqayıt) matçında “Zirvə” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “Laçın” FK – “Hyundai”  matçının 12 - ci dəqiqəsində  “Laçın” FK klubunun baş məşqçisi Elvin Əhmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.3).

20 fevral 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Ağdam” – “Neftçi” matçının 24 - cü dəqiqəsində “Ağdam” klubunun 10 №-li futbolçusu Tural Mikayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

28 fevral 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Gənclik” İK – “Bayıl Povers” matçının 15-ci dəqiqəsində “Bayıl Rovers” klubunun 15 №-li futbolçusu Qismət Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

27 fevral 2016-cı il Azərbaycan Həvəskarlar liqasının “Çağırqan” – “Tufan”  matçının 65-ci dəqiqəsində “Tufan” klubunun 13 №-li futbolçusu Turcay Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

1news.az

 

Paylaş:
668

Sizin üçün xəbərlər

Son xəbərlər

Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13
Bütün xəbərlər