Stolüstü tennis üzrə yığmamız bütün rəqiblərinə qalib gəliblər | 1news.az | Xəbərlər
İdman

Stolüstü tennis üzrə yığmamız bütün rəqiblərinə qalib gəliblər

19:47 - 01 / 03 / 2016
Stolüstü tennis üzrə yığmamız bütün rəqiblərinə qalib gəliblər

Fevralın 28-dən start verilən stolüstü tennis üzrə dünya çempionatında Azərbaycan yığma komandası öz qrupunda reytinqinə görə daha öndə olan Argentina, Qazaxıstan, Qvatemala, Latviya və Monqolustan komandaları ilə görüşüb.

1news.az-ın məlumatına görə, Azərbaycan komandası Qvatemala yığma komandasına 3:1, Argentina yığma komandasına 3:0, Qazaxıstan yığma komandasına 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan-Monqolustan tennis yarışması isə 3:0 hesabı ilə başa çatıb.

Komandamız martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya yığması ilə keçirəcək.

1news.az

 

Paylaş:
741

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər