Klublar Komitəsinin növbəti iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Futbol

Klublar Komitəsinin növbəti iclası keçirilib – FOTO

22:45 - 01 / 03 / 2016
Klublar Komitəsinin növbəti iclası keçirilib – FOTO

Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev iştirak ediblər.

Qeyd edək ki, iclasda “Kəpəz”klubunun stadionunun təmiri, legioner rüsumunun azaldılması, oyunçuların statusu və digər məsələlər müzakirə olunub.

1news.az

 

 

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər