Millimiz Ukrayna yığmasına məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

Millimiz Ukrayna yığmasına məğlub oldu

23:32 - 01 / 03 / 2016
Millimiz Ukrayna yığmasına məğlub oldu

Bu gün Bakı Olimpiya stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

1news.az-ın məlumatına görə, qarşılaşma 2:0 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.

Təbriz Həsənovun yetirmələrinin qapısından hər iki qolu Aleksey Kaşşuk keçirib. O, Bakı Olimpiya Stadionunda baş tutan görüşün 57-ci və 77-ci dəqiqələrində fərqlənib.

Qeyd edək ki, martın 3-də, saat 16:00-da, Bakı Olimpiya Stadionunda bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

 

Yoxlama oyunu

1 mart

 Azərbaycan (U-17) – Ukrayna (U-17) - 0:2

Qollar: Aleksey Kaşşuk, 57, 77

Baş hakim: Ömər Paşayev

Bakı Olimpiya Stadionu

1news.az

 

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər