Misirli deputat İsrail səfiri ilə görüşdüyünə görə mandatdan məhrum edilib | 1news.az | Xəbərlər
Dünya

Misirli deputat İsrail səfiri ilə görüşdüyünə görə mandatdan məhrum edilib

00:02 - 03 / 03 / 2016
Misirli deputat İsrail səfiri ilə görüşdüyünə görə mandatdan məhrum edilib

Misir Nümayəndələr Palatasının deputatları həmkarları Taufiq Okaşın deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul ediblər. Buna səbəb deputatın İsrailin Qahirədəki səfiri ilə görüşü olub.

Taufiq Okaşın mandatından məhrum edilməsinin lehinə 464 deputat səs verib.

Deputatların parlament sədri Əli Əbdül Ələ müraciəti üçün səbəb Taufik Okaşın sadəcə səfirlə görüşməsi deyil, həm də onun İsrail diplomatı ilə birgə şam yeməyində iştirakıdır. Ziyafət misirli deputatın evində olub. Həmkarları Taufiq Okaşı deputat etikasını pozmaqda və milli maraqlara xəyanətdə ittiham ediblər.

Taufiq Okaş mandatdan məhrum edildikdən sonra “Faraim” peyk telekanalının Direktorlar Şurası yayımın dayandırılması və kanal aktivlərinin satışa çıxarılması haqqında qərar qəbul edib. Bu kanal keçmiş deputatın anasına məxsusdur. Taufiq Okaşın özü isə “Faraim”də teleaparıcı işləyib.

AZƏRTAC

Paylaş:
804

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər