Azərbaycanda sığortalanan əmanətlərin maksimal faiz dərəcəsi artırıla bilər
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu sığorta olunan əmanətlərin maksimal faiz dərəcəsinin artırılması imkanını istisna etmir.
1news.az xəbər verir ki, bunu ADIF direkrotu Azad Cavadov “ niyə milli valyuta-manatla olan əmanətlərin sığortalanmasının maksimal dərəcəsi 12 faiz olaraq qalıb?” sualını cavablandırarkən deyib. Daha əvvəl söyləndiyinə görə, fondun Himayəçilər Şurasına əhali üçün manatla əmanətləri cəlbedici etmək üçün bu rəqəmin 15 faizə qaldırılması təklif olunmuşdu.
“Maksimal faiz dərəcələrinin dəyişdirilməsi ADIF Himayəçilər Şurasının səlahiyyətinə daxildir. Martın 1-də keçirilən növbədəbkənar şura iclası zamanı bütün təkliflər, o cümlədən, Azərbaycan banklarındakı əmanətlərin orta faiz dərəcəsi nəzərdən keçirilib. Qərara alındı ki, sığortalanan əmanətlərə görə maksimal faiz dərəcəsi 12 faiz həddində saxlanılsın. Bu rəqəm bazarda formalaşan şəraitə tam uyğun gəlir”,- A.Cavadov bildirib.
O, həmçinin bildirib ki, ADIF Himayəçilər Şurası tərəfindən müəyyən olunan maksimal faiz dərəcəsini “bazar tənzimləyir”.
“Bilirsiniz ki, bu dərəcələr vəziyyət uyğun olaraq dəyişdiyi hallar olub. Ona görə də, əmanətlərə görə maksimal faiz dərəcəsinin artması tendensiyası müşahidə olunduqda, Himayəçilər Şurası bunu nəzərə alaraq müvafiq qərar qəbul edəcək.
Sığortalanan əmanərlərin maksimal faiz dərəcəsinin artırılması istisna olunmur”,- deyə ADIF rəhbəri bildirib.
Xatırladaq ki, 1 mart 2016-cı il tarixində Azərbaycan prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması” haqqında” qanun, həmçinin qunun tətbiqi ilə bağlı sərəncam imzalayıb. Həmin gün ADIF Himayəçilər Şurasının növbədənkənar iclası baş tutub. İclas zamanı milli və xarici valyuta ilə əmanətlərin sığortalanmasının maksimal faiz dərəcəsi müəyyən olunub. Beləliklə 2 martdan etibarən sığortalanan əmanətlərin maksimal faiz dərəcəsi xarici valyutada 3 faiz, milli valyutada 12 faiz müəyyən olundu. Bu qərar ADIF və Azərbaycan Mərkəzi Bankı ilə qərarlaşdırılıb.
1news.az