Sexdən generator oğurlayan Ağdaş sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sexdən generator oğurlayan Ağdaş sakini tutulub

18:01 - 03 / 03 / 2016
Sexdən generator oğurlayan Ağdaş sakini tutulub

Bu il fevral ayının 15-də Ağdaş rayonunun Ləki qəsəbəsində qəsəbə sakini Nəcəf Əzizova məxsus avtomobillərin yuyulması sexindən generator oğurlanıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Əhməd İsmayılov tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun fevral ayının 16-da şəhər sakini Əntiqə Məmmədovaya məxsus evdən qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

1news.az

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər