Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına bilet satışından artıq 194 mln dollar gəlir qazanılıb | 1news.az | Xəbərlər
Dünya

Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına bilet satışından artıq 194 mln dollar gəlir qazanılıb

09:30 - 03 / 03 / 2016
Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına bilet satışından artıq 194 mln dollar gəlir qazanılıb

Bu il Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları biletlərin yarısının  satıldığını bildiriblər.

1news.az “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Olimpiya oyunları-2016-nın kommunikasiya üzrə direktoru Mario Andrada bildirib.

“Açılış mərasiminə və digər böyük maraq doğuran tədbirlərə biletlər artıq satılıb”, - deyə Andrada bildirərək, bilet satışından əldə olunan gəlir 194 mln dollara çatıb. 

Qeyd edək ki,  Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına, ümumilikdə, 7,5 mln bilet buraxılıb. 

1news.az

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər