ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Barak Obama Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.
1news.az xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.
Qeyd olunur ki, əvvəlki fərmanlarda göstərilən hərəkət və siyasət davam etməkdədir və ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə kəsb edir.
"Mən 13660 saylı fərman ilə elan olunan fövqəladə vəziyyəti bir il uzadıram", — deyə sənəddə bildirilir.
Ötən ilin sonunda ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını yeniləyib, bu siyahıya 34 nəfər fiziki və hüquqi şəxs daxildir.
Xatırladaq ki, fərman 2014-ci il martın 6-də dərc olunub.
Gazeta.ru
776