Türkiyə ordusu daha üç şəhid verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ordusu daha üç şəhid verib

12:31 - 03 / 03 / 2016
Türkiyə ordusu daha üç şəhid verib

Türkiyənin Mardin vilayətinin Dargeçit rayonunda Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları ilə atışmada Türkiyə ordusunun daha üç əsgəri şəhid olub.

1news.az-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, atışma zamanı həmçinin yeddi PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir.

İstanbulda isə Fateh məhəlləsində yol kənarında saxlanılan beş minik maşını yandırılıb. Rəsmi məlumata görə, naməlum terrorçular maşınlara “Molotov” kokteyli ilə od vurublar.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər