SOCAR Gürcüstanda satdığı sosial və kommersiya qazının qiymətini aşağı salır | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR Gürcüstanda satdığı sosial və kommersiya qazının qiymətini aşağı salır

15:18 - 04 / 03 / 2016
SOCAR Gürcüstanda satdığı sosial və kommersiya qazının qiymətini aşağı salır

Gürcüstan Azərbaycandan əlavə olaraq 500 milyon kubmetr qaz alacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbər görə, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb.

Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və “SOCAR Gas Export-İmport” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər