Azərbaycan və ABŞ hökumətləri Şirvanda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir-FOTO
Şirvan şəhərinin Birlik icması 1000 nəfərin həyat səviyyəsini yaxşıladıracaq dam örtüklərinin yenilənməsi layihəsini tamamladılar. Bu layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.
1news.az səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, uzun illər Şirvan şəhərində beş binada yaşayan sakinlər 40 ildən öncə qurulmuş və o vaxtdan təmir olunmamış dam örtüklərinin qəzalı vəziyyətə düşməsindən əziyyət çəkiblər. Yağışlı havada damdan sızan su döşəmələri, mebeli və digər ev əşyalarını dağıdırdı. Bu şərait həmçinin sakinlərin, xüsusilə uşaqların və yaşlıların səhhətinə mənfi təsir göstərirdi. Bu problemi həll etmək üçün SEDA beş çoxmənzilli binanın dam örtüklərini yeniləməyə və bununla sakinləri təhlükəsiz şəraitlə təmin etməyə yardım göstərdi.
“USAID-in bütün dünyada məqsədi həyat səviyyəsini yaxşılaşdırmaq və öz sosial-iqtisadi ehtiyaclarını ödəməkdə imkan yaratmaq üçün icmalarla sıx işləməkdir. Biz çox şadıq ki, Birlik icmasının sakinlərinə kömək edə və bu prosesə töhfə verə bilmişik.” deyə USAID-in Azərbaycandakı ofisinin Demokratiya və İdarəçilik şöbəsinin direktoru Kristofer Şaffer bildirdi. Həmçinin o, lahiyələri həyata keçirmək üçün öz resurslarını səfərbər etdiklərinə görə icmanın sakinlərinə öz təşəkkürünü bildirdi.
2011-ci ildən SEDA layihəsi Azərbaycanın 53 icmasında 85,000-dən çox insana fayda verərək 60 icma layihəsinin maliyyələşdirilməsinə 1,200,000 ABŞ dollarından artıq vəsait xərcləyib. SEDA icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.
USAID haqqında ətraflı məlumat üçün təşkilatın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vüqar Nağıyevlə aşağıdakı elektron poçt və ya telefonla əlaqə saxlayın: [email protected], (+994 12) 498 18 35.
EWMISEDA haqqında daha ətraflı məlumat almaq üçün zəhmət olmasa, EWMI-SEDA İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis Cəmilə Cəfərzadə ilə aşağıdakı elektron poçt və ya telefonla əlaqə saxlayın : [email protected] ; (+994 55) 261–6045; (+994 12) 493 66 62 or 493 94 53.
1news.az