2 ay ərzində Mərkəzi Bankın valyuta rezervləri 20 faiz azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

2 ay ərzində Mərkəzi Bankın valyuta rezervləri 20 faiz azalıb

17:52 - 04 / 03 / 2016
2 ay ərzində Mərkəzi Bankın valyuta rezervləri 20 faiz azalıb

29 fevral 2016-cı il göstəricilərinə görə Azərbaycan Mərkəzi Bankının (AMB) səlahiyyətində olan valyuta rezervləri 4 milyard 026,3 milyon manat təşkil edib.

Bu haqda AMB-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Fevral ayı ərzində rezevlər  372,2 milyon dollar, yaxud 8,5%, yanvar vevral aylarında 990,4 milyon dollar, yaxud 19,7%, illik hesabda isə 6 milyard 978,1 milyon dollar, yaxud 2,73 faizdən çox azalma olub.

Daha əvvəl xəbər verildiyi kimi, 2015-ci ildə AMB-nin valyuta ehtiyatlarının həcmi  8 milyard 741,6 milyon dollar, yaxud 2,74 dəfə azalıb. Bu azalma 2015-ci ilin dekabr ayında 1 milyard 228,9 milyon , yaxud 19,7% təşkil edib.

2014-cu ildə azalma 2.8 faiz olsa da, 2013-ildə 21 faiz artım müşahidə olunmuşdu.

2012-ci ildə bu göstəricinin artımı 11,6%, 2011-ci ildə 63,6%, 2010-cu ildə isə 24,1% təşkil edir.

Qeyd edək ki, ANB-nin valyuta rezervlərinin rekord göstəricisi olan 15 milyard  193,4 milyon dollar 2014-cü ilin iyul ayında qeydə alınıb.

1news.az

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər